29 iyul 2024 at 20:34
Jurnalist kodu: 5561
Xəbər kodu: 85552380
T T
0 Persons
Pezeşkiyan məzlum Fələstin xalqının müdafiəsində Cənubi Afrikanın konstruktiv mövqeini yüksək qiymətləndirib

Tehran - İRNA - Prezident İran və Cənubi Afrika Respublikası arasında ikitərəfli sahələrdə, eləcə də beynəlxalq əməkdaşlıq, o cümlədən BRİKS çərçivəsində əlaqələrin gücləndirilməsinin vacibliyini vurğulayaraq deyib: “Mövcud müxtəlif imkanları nəzərə alaraq, ümid edirəm ki, iki ölkə arasında iqtisadi və ticari əməkdaşlıq daha da inkişaf edəcəkdir.”

Doktor Məsud Pezeşkiyan 29 iyul bazar ertəsi günortadan sonra prezidentliyin 14-cü dövrünün andiçmə mərasimində iştirak etmək üçün İrana səfər edən Cənubi Afrikanın Beynəlxalq Əlaqələr və Əməkdaşlıq naziri Ronald Ezi Lamela ilə görüşdə İran xalqının ona etimad etməsi münasibətilə Cənubi Afrika Prezidentinin təbrikini, həmçinin doktor Rəisinin şəhadəti ilə bağlı bu ölkənin başsağlığı verməsini və həmdərdlik ifadə etməsini yüksək qiymətləndirərək deyib: “Mən Cənubi Afrikanın dost siyasi mövqelərini, xüsusən də bu ölkə hökumətinin İran İslam Respublikasının BRİKS-ə üzvlüyünün asanlaşdırılması və sürətləndirilməsi istiqamətində fəaliyyətini yüksək qiymətləndirmək istərdim.”

Cənubi Afrikanın Beynəlxalq Əlaqələr və Əməkdaşlıq naziri də bu görüşdə Cənubi Afrikanın məzlum Fələstin xalqının hüquqlarını dəstəklədiyi, xüsusilə də sionist rejim əleyhinə beynəlxalq məhkəməyə şikayət etdiyi üçün hər cür təzyiqlərə, hətta təhdidlərə məruz qaldığını bəyan edərək deyib: “Bütün bu təzyiqlərə baxmayaraq, Cənubi Afrika Fələstinlə bağlı prinsipial mövqelərinə inanır, Fələstin xalqının hüquqlarının həyata keçirilməsi, Qəzzədə davamlı atəşkəsin yaradılması, bu bölgədə fələstinlilərə yardımların göstərilməsi yolunda İran İslam Respublikası kimi ölkələrlə birgə səylərini davam etdirəcək.”

0 Persons

Sizin rəyiniz

You are replying to: .