Doktor Pezeşkiyan 29 iyulda Kubanın Baş naziri Manuel Marrero Kruzla görüşdə Kubanın yüksək rütbəli nümayəndə heyətinin andiçmə mərasimində iştirak etmək üçün Tehrana səfər etməsinə, həmçinin şəhid Prezident Ayətullah Seyid İbrahim Rəisinin şəhadəti ilə bağlı Kuba hökuməti və xalqının İran xalqına başsağlığı verdiyinə görə təşəkkürünü bildirib, İran İslam Respublikasının yeni dövrdə Kuba ilə əlaqələri gücləndirmək və inkişaf etdirmək əzmində olduğunu vurğulayıb.
Prezident Kuba xalqının imperializmə qarşı mübarizəsini təqdir edib, İran və Kuba kimi müstəqil və azadlıqsevər ölkələr arasında əlaqələrin inkişafını və genişlənməsini təktərəfliliyə qarşı mübarizədə təsirli hesab edib.
Dövlət başçısı Kubanın məzlum Fələstin xalqına dəstək mövqeyini yüksək qiymətləndirib, sionist rejimin Qəzzədəki cinayətlərinin dayandırılması üçün beynəlxalq ictimaiyyətin əməli fəaliyyət göstərməsinin vacibliyini vurğulayıb.
Bu görüşdə Kubanın Baş naziri Manuel Marrero Kruz da doktor Pezeşkiyanın İran İslam Respublikasının Prezidenti vəzifəsinə seçilməsi münasibətilə təbriklərini çatdırıb, həmçinin mərhum Prezident doktor Seyid İbrahim Rəisinin xatirəsini ehtiramla yad edib, İran və Kuba münasibətlərini qardaşlıq, strateji və imtiyazlı münasibətlər kimi qiymətləndirib, İran İslam Respublikasının regionda təsirli və əsas rolunu vurğulayaraq əlavə edib: “İran və Kubanın beynəlxalq məsələlərdə ortaq baxışları var və iki ölkə arasında əməkdaşlığın inkişafı ABŞ-ın təzyiqçi sanksiyalarına qarşı çox təsirli olacaq.”
Pezeşkiyan: İran və Kubanın əlaqələri daha da inkişaf etdirmək əzmi sarsılmazdır
29 iyul 2024 at 20:46
Xəbər kodu:
85552393
Tehran - İRNA - Prezident Pezeşkiyan şəhid Prezident doktor Rəisinin Kubaya səfəri zamanı İran və Kuba arasında əldə olunan razılaşmaların həyata keçirilməsini vurğulayaraq deyib: “Şübhəsiz ki, heç bir maneə iki ölkənin münasibətlərini daha da inkişaf etdirmək əzmində xələl yarada bilməz.”
Sizin rəyiniz