21 avqust 2024 at 16:32
Jurnalist kodu: 5564
Xəbər kodu: 85575227
T T
0 Persons

Abbas Əraqçi Xarici İşlər naziri oldu

21 avqust 2024 at 16:32
Xəbər kodu: 85575227
Abbas Əraqçi Xarici İşlər naziri oldu

Tehran - İRNA - İslami Şura Məclisi nümayəndələri səs çoxluğu ilə Seyid Abbas Əraqçini 14-cü hökumətin Xarici İşlər naziri seçiblər.

İslami Şura Məclisinin 21 avqust çərşənbə günü açıq iclası və iki həftə ərzində İslami Şura Məclisinin komissiyalarında və açıq iclaslarında 14-cü hökumətin təklif etdiyi nazirlərin vəzifə səlahiyyətləri və proqramlarının müzakirəsi və araşdırılmasından sonra təklif olunan nazirlər üzrə səsverməsi keçirilib.

Yekun səsvermədə və parlament üzvlərinin səs çoxluğu ilə Seyid Abbas Əraqçi 14-cü hökumətin Xarici İşlər naziri seçilib.

Əraqçı iştirak edən 288 nümayəndədən 247-nin səsini qazanıb.

Seyid Abbas Əraqçi (5 dekabr 1962-ci ildə anadan olub) 2021-ci ildən Strateji Xarici Əlaqələr Şurasının katibi vəzifəsində çalışan iranlı diplomat və siyasətçidir. O, 2017-2021-ci illərdə İran Xarici İşlər nazirinin siyasi məsələlər üzrə müavini vəzifəsini tutmuşdur. Həmçinin Vyanada iştirak edən 5+1 qrupu ilə İranın nüvə danışıqları qrupunun üzvü idi.

0 Persons

Sizin rəyiniz

You are replying to: .