Suriyanın Həma əyalətinin qərb ətraflarında yerləşən Misyaf şəhər xəstəxanasının direktoru Feysəl Heydər sionist rejimin bu bölgəyə hava hücumu nəticəsində 4 mülki vətəndaşın şəhid olduğunu, 14 nəfərin isə yaralandığını, onlardan bəzilərinin vəziyyətinin ağır olduğunu açıqlayıb.
Bununla bağlı Suriya ordusunun rəsmisi SANA xəbər agentliyinə deyib: Bazar günü gecə saat 23:20 radələrində düşmən İsrail Livanın şimal-qərbindən hücuma keçərək Suriyanın mərkəzi bölgəsindəki hərbi mövqeləri hədəfə alıb.
Bu hərbi rəsmi əlavə edib: Suriya ordusunun müdafiə sistemləri düşmən hədəfləri ilə qarşılaşıb və nəticədə bu hücum nəticəsində 14 nəfər şəhid olub, 43 nəfər yaralanıb.
Sizin rəyiniz