19 oktyabr 2024 at 19:05
Jurnalist kodu: 5561
Xəbər kodu: 85632891
T T
0 Persons

Müqavimətin Cəbaliyada sionist ordusu ilə qızğın döyüşü

19 oktyabr 2024 at 19:05
Xəbər kodu: 85632891
Müqavimətin Cəbaliyada sionist ordusu ilə qızğın döyüşü

Tehran - İRNA - Sionist rejim ordusunun Qəzzə zolağına hücumlarının 379-cu gününə daxil olduğu bir vaxtda müqavimət qüvvələri, xüsusən də Cəbaliyanın şimal bölgəsində işğalçılara ağır zərbələr endirməkdə davam edir.

HƏMAS-ın hərbi qanadı olan “Şəhid İzzəddin Əl-Qəssam” Batalyonları bəyanat yayaraq bildirib ki, onun qüvvələri Qəzzə zolağının şimalında yerləşən Cəbaliyada Tandom raketi və Şovaz partlayıcı tələsi ilə sionist rejimin bir ədəd Merkava tankı və bir ədəd D9 hərbi buldozerini hədəfə alıblar.

Əl-Qəssam Batalyonları həmçinin Cəbaliyada yolda partlayan bomba və yaxın məsafədən toqquşma nəticəsində sionist piyadalardan ibarət bir hərbi qrupu itkiyə məruz qoyduğunu xəbər verib.

Eyni zamanda, “Səraya əl-Qüds” də sionist rejimin bir ədəd Merkava tankını Cəbaliya yolunda gedərkən yolda bomba partlataraq məhv etdiyini açıqlayıb.

0 Persons

Sizin rəyiniz

You are replying to: .