Hizbullah Hərəkatı sionist rejimin mövqelərinə hücumun davamında Hayfa dəniz bazasının pilotsuz təyyarələrin zərbələrinin hədəfinə çevrildiyini xəbər verib.
Bu hərəkatın bəyanatında bildirilir: “Qəzzə zolağında mətanətli Fələstin xalqına, onun qəhrəmancasına və nəcib müqavimətinə dəstək, Livan xalqının müdafiəsi və Xeybər əməliyyatları çərçivəsində Hizbullah döyüşçüləri "Ləbbeyk ya Nəsrullah" kodu ilə bu gün 21/11/2024, cümə axşamı səhər saaatlarında Hayfa dəniz bazasını hücum pilotsuz təyyarələri eskadronu ilə hədəfə aldılar və hədəfləri dəqiqliklə vuruldu.”
Bəyanatda qeyd olunur ki, sözügedən baza Hayfanın şimalında Livan və işğal olunmuş Fələstin sərhədindən 35 kilometr aralıda yerləşir və buraya raket gəmiləri və sualtı qayıqlardan ibarət donanma daxildir.
Sizin rəyiniz