18 yanvar 2025 at 22:17
Jurnalist kodu: 5561
Xəbər kodu: 85723440
T T
0 Persons
Əraqçi İranın Fələstin ideallarını dəstəkləməkdə prinsipial və davamlı mövqeyini vurğulayıb

Tehran - İRNA - Xarici İşlər naziri İran İslam Respublikasının Fələstin idellarına və Fələstin xalqının sionist işğalına qarşı qanuni müqavimətini dəstəkləməkdə prinsipial və davamlı mövqeyini vurğulayıb.

İran İslam Respublikasının Xarici İşlər naziri Seyid Abbas Əraqçi 19 yanvar şənbə günü axşam saatlarında Fələstin İslami Cihad Hərəkatının Baş katibi Ziyad Nəxalə ilə telefon danışığında Qəzzə cəbhəsindəki son hadisələr və atəşkəs razılaşması ilə bağlı məsləhətləşib və fikir mübadiləsi aparıb.

Əraqçi bu telefon danışığında Fələstin xalqının son 15 ayda sionist rejimin soyqırımı və dəhşətli cinayətlərinə qarşı bu rejimi sonda təslim olmağa və atəşkəs razılaşmasını qəbul etməyə məcbur edən misilsiz müqavimətinin qələbəsini təbrik edib, İran İslam Respublikasının Fələstin məsələsini dəstəkləməkdə prinsipial və davamlı mövqeyini və Fələstin xalqının sionist işğalına qarşı qanuni müqavimətini vurğulayıb.

Fələstin İslami Cihad Hərəkatının Baş katibi Nəxalə də Qəzzədə cəbhədəki son vəziyyət və bununla bağlı siyasi hadisələrlə bağlı məlumat təqdim edib, İran İslam Respublikasının Qəzzə xalqına göstərdiyi cəsur mövqeləri və dəstəyini təqdir edərək deyib: “Fələstin xalqının öz insani və qanuni hüquqlarını müdafiə etmək, öz müqəddəratını təyin etmək və işğal boyunduruğundan azad olmaq hüququ əldə etmək üçün müqaviməti ciddi şəkildə davam edəcək.”

0 Persons

Sizin rəyiniz

You are replying to: .