İran İslam Respublikasının BMT-nin Cenevrə bölməsindəki səfiri və daimi nümayəndəsi Əli Bəhreyni 16 may cümə günü Ümumdünya Mənəvi Mülkiyyət Təşkilatının qərargahında ölkəmiz adından bu müqaviləni imzalamışdır. Bu addımla İran müqaviləni imzalayan qırx ikinci ölkə olur.
Genetik Resurslar və Əlaqəli Ənənəvi Biliklər üzrə Müqavilə mənəvi mülkiyyət sistemi ilə genetik ehtiyatlar arasında birbaşa əlaqəni nəzərdə tutan ilk beynəlxalq sənəddir.
Vu sənəd 2024-cü il mayın 24-də Cenevrədə diplomatik konfrans zamanı uzun sürən danışıqlardan sonra qəbul edilib və ən azı on beş ölkənin qoşulmasından və ya ratifikasiyasından sonra qüvvəyə minəcək. Müqavilənin müddəalarına görə, bu müqavilənin sənədlərinin depozitarisi Ümumdünya Mənəvi Mülkiyyət Təşkilatının Baş katibi olacaq.
İran İslam Respublikası zəngin biomüxtəlifliyə və bununla bağlı ənənəvi biliklərə malik olan ölkələrdən biri kimi bu danışıqların fəal üzvü olub və müqavilənin yekunlaşma mərhələlərində mühüm rol oynayıb.
Sizin rəyiniz