17 iyun 2025 at 19:58
Jurnalist kodu: 5561
Xəbər kodu: 85865681
T T
0 Persons
Sionistlər ən məzlum xəstələrin müalicə olunduğu xəstəxananı hədəf aldılar

Səhiyyə Nazirliyinin İctimaiyyətlə Əlaqələr və Məlumat Mərkəzinin rəhbəri Dr. Hüseyn Kermanpur sosial şəbəkə “X”də (keçmiş Twitter) Donald Tramp, İlon Mask, Bill Qeyts kimi dünya məşhurlarına və beynəlxalq təşkilatlara ünvanladığı mesajında sionist rejimin raket hücumlarının psixiatriya xəstəxanalarında yatırılmış xəstələrə dəhşətli təsirlərindən danışıb və ən müdafiəsiz insanların əzabına beynəlxalq diqqət çağırışı edib.

O yazıb: “Bura bir psixiatriya xəstəxanasıdır, burada ən məzlum və müdafiəsiz xəstələr yatır! İsrail rejimi necə özünə belə bir haqq tanıyır ki, əlini o raket atəş düyməsinə qoyur? Onun səsi belə bu xəstələr üçün zərərlidir, partlayış, qapı və pəncərələrin sınması, xəstəxananın tavanının dağılması bir yana!

Kaş, bu xəstələrin hadisədən sonrakı halını göstərə bilsəydik! Mən ABŞ prezidentilə savaşmaq istəmirəm, amma doğrudanmı xəstələrə raket atanların arxasında durmağa dəyər? Bir dəfə də olsun onların yanında durmaq olmaz ki? Onlar sizdən nə dollar istəyirlər, nə də pay. Sadəcə kitablarınızı alır, oxuyur və sizdən ədalətli bir idarəetmə istəyirlər. Sizcə, texnologiya inkişaf etdikcə, əxlaq, dözümlülük və sülh də inkişaf edibmi? Nə üçün elə bir sistem yaratmırsınız ki, dünya gündən-günə daha yaxşı olsun və zalım dövlətlər xəcalət çəksin?”

Bu çağırış, müasir dünyanın texnologiyada irəliləməsi ilə yanaşı, mənəviyyat və insanlıqda da irəliləyişə ehtiyac olduğunu xatırladır.

0 Persons

Sizin rəyiniz

You are replying to: .