18 iyun 2025 at 00:22
Jurnalist kodu: 5561
Xəbər kodu: 85865793
T T
0 Persons
SEPAH-ın 9 saylı rəsmi bəyanatı: Sionist rejimin İran torpaqlarına hücumunda istifadə etdiyi hava bazaları vuruldu

Tehran – IRNA – İran İslam İnqilabı Keşikçiləri Korpusu özünün 9 saylı rəsmi bəyanatında bildirib ki, sionist rejimin İran torpaqlarına yönəlmiş həyasız hücumunda istifadə etdiyi hava bazaları dəqiq zərbələrlə hədəf alınıb.

Bəyanatın mətni:

Bismillahirrahmanirrahim

«Sionist rejimin İran İslam torpaqlarına qarşı həyasız hücumuna cavab olaraq, İnqilab Keşikçiləri Korpusunun Hava-Kosmik Qüvvələrinin igid döyüşçüləri, "Vədə sadiq 3" əməliyyatının 10-cu mərhələsində, düşünülmüş və təsirli plan əsasında bu hücumların başladığı hava bazalarını hədəfə almış və vurmuşdur.»

Bəyanatda həmçinin bildirilir:

«Bu zərbələr ardıcıl, mürəkkəb, çoxqatlı və mərhələli şəkildə davam edəcək və düşmən cavabın sərtliyini tam şəkildə hiss edəcək.»

0 Persons

Sizin rəyiniz

You are replying to: .