17 iyun 2025 at 20:55
Jurnalist kodu: 5564
Xəbər kodu: 85865712
T T
0 Persons
Qoşulmama Hərəkatının İsrailin İrana qarşı cinayətkar hücumunu qətiyyətlə pisləyən bəyanatı

Qoşulmama Hərəkatı rəsmi bir bəyanat yayaraq, 2025-ci il iyunun 13-də (1404-cü ilin 23 Xordad tarixi) sionist rejimin İran İslam Respublikasına qarşı həyata keçirdiyi vəhşi və əvvəlcədən planlaşdırılmış hücumu ən sərt şəkildə qınamışdır.

Bəyanatda bildirilir ki, İsrail rejimi tərəfindən həyata keçirilən genişmiqyaslı və koordinasiyalı hava hücumları, İran ərazisində, xüsusilə sıx əhali məskunlaşmış yaşayış məntəqələrinə yönəlmiş və bu təcavüz nəticəsində bir sıra mülki vətəndaşlar – qadınlar, uşaqlar, universitet müəllimləri, nüfuzlu alimlər və yüksək rütbəli hərbi rəsmilər – bəziləri ailə üzvləri ilə birlikdə – şəhid olmuş və ya ağır yaralanmışdır.

Qoşulmama Hərəkatı həmçinin İranın dinc və beynəlxalq hüquqa uyğun nüvə obyektlərinə qarşı məqsədli hücumu da sərt şəkildə pisləmiş və bu hücumların nəticələrinin böyük miqyaslı fəlakətə səbəb ola biləcəyi ilə bağlı ciddi narahatlığını ifadə etmişdir. Hərəkata görə, bu cür təxribatlar nəticəsində radiasiya sızması baş verə və həm əhalinin sağlamlığı, həm də ekoloji tarazlıq üçün ciddi təhlükə yarana bilər.

0 Persons

Sizin rəyiniz

You are replying to: .