17 iyun 2025 at 22:04
Jurnalist kodu: 5564
Xəbər kodu: 85865734
T T
0 Persons
İsrail rejiminə qarşı cəza əməliyyatı tezliklə həyata keçiriləcək – Tel-Əviv və Hayfanı tərk edin

Tehran – İRNA – İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi General-leytenant Səid Əbdürrəhim Musəvi çərşənbə axşamı gecə yaydığı videomesajda bildirib:

«İndiyədək həyata keçirilən əməliyyatlar yalnız caydırıcı xəbərdarlıq xarakteri daşıyırdı. Lakin cəza xarakterli əsas əməliyyat çox yaxın zamanda icra olunacaq.»

O, əlavə edib:
«Sionist rejim vəhşicəsinə hücum edərək İran xalqına, qadınlara, uşaqlara və yaşlılara zərbə vurdu və bu təcavüzün ardınca beynəlxalq qanunlara məhəl qoymadan, Qəzza və Livanda 300 jurnalistin qətli ilə yanaşı, İran İslam Respublikasının media işçilərini və dövlət televiziyasını da hədəf alaraq həqiqət səsini boğmağa çalışdı.»
General Musəvi vurğulayıb:
«Böyük İran xalqı tarix boyunca göstərib ki, zülm və təcavüz qarşısında əsla baş əymir. İndi də bu vəhşi hücuma qarşı qətiyyətli duruşu ilə rejimin cinayətlərinə cavab verəcək.
O, həmçinin qeyd edib:
«Şəhid olmuş həmvətənlərimizin, alimlərin və komandirlərin qanı, Silahlı Qüvvələrin cəza əmrini yerinə yetirmək əzmini qat-qat artırmışdır.
General Musəvi bildirib ki, Sepahın Hava-Kosmik Qüvvələri, Hava Hücumundan Müdafiə Qərargahı, ordu, Sepah, Fəraca (polis) və Müdafiə Nazirliyinin dəstəyi ilə birgə əməliyyatlarda düşmənin həssas və həyati hədəflərinə ağır zərbələr endirilib.
Əlavə edib:
«İndiyədək həyata keçirilən əməliyyatlar yalnız xəbərdarlıq idi, əsas və peşmanedici cəza əməliyyatı isə tezliklə başlayacaq.Bu səbəblə işğal olunmuş torpaqlarda yaşayan bütün sakinlərə, xüsusilə Tel-Əviv və Hayfada yaşayanlara ciddi xəbərdarlıq edirik:canınızı qorumaq üçün bu bölgələri tərk edin və özünüzü Netanyahunun heyvani istəklərinin qurbanına çevirməyin.»
Sonda o vurğulayıb:
«Dünyanın azad insanları əmin olsunlar ki, İran xalqı və onun Silahlı Qüvvələri şəhidlərin qanını yerdə qoymayacaq və intiqam alacaqdır. İnşallah, Allahın izni ilə!»

0 Persons

Sizin rəyiniz

You are replying to: .