Qəzzadakı müharibə dörd yüz qırx doqquzuncu gününə qədəm qoydu, ağır bombardmanlar isə 151 mindən çox insanın şəhid olması və yaralanması, 11 min nəfərin itkin düşməsi ilə nəticələndi. Aclıq onlarla uşaq və qocanın ölümünə səbəb olub.
Bu, Qəzza zolağında atəşkəslə bağlı danışıqlarda iştirak edən İsrail və Amerika rəsmilərinin Trampın Ağ Evə daxil olmasından əvvəl atəşkəsin reallaşacağına şübhə ilə yanaşdıqları bir vaxtdır.
Fələstin mediası sionist işğalçı qüvvələrin xəstəxananı yandırması səbəbindən bu səhər Qəzzanın şimalındakı Kamal Ədvan xəstəxanasının bir neçə tibb işçisinin şəhid olması barədə məlumat yayıb. Baxmayaraq ki, bundan əvvəl işğalçı qüvvələr bu xəstəxananın onlarla tibb işçisini, o cümlədən xəstəxananın baş həkimi Hisam Əbu Səfiyyəni istintaq mərkəzinə aparıblar.
Sizin rəyiniz