22 yanvar 2025 at 14:31
Jurnalist kodu: 5564
Xəbər kodu: 85727418
T T
1 Persons
Ali Məqamlı Rəhbər: BRİKS maliyyə sistemi dollardan asılılıq probleminin həllinə böyük köməkdir

Tehran - İRNA - İslam İnqilabının Ali Rəhbəri deyib: “Problemlərimizdən biri dollardan asılılıqdır. BRİKS-in maliyyə sistemi və onun üzvü olan ölkələrin valyutaları ilə həyata keçiriləcək maliyyə mübadilələri bu problemin həllinə çox kömək edəcək.”

“Tərəqqi öncülləri” tədbirinin davamı olaraq, bu gün çərşənbə 22 yanvarda bir qrup özəl sektor istehsalçıları və fəalları İmam Xomeyni (r) hüseyniyyəsində İslam İnqilabının Ali Rəhbəri ilə görüşüb.

Bu görüşdə özəl sektorun bir sıra iqtisadi fəalları öz fikir və mülahizələrini bəyan ediblər.

Qeyd edək ki, İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei “Tərəqqi öncülləri” tədbiri çərçivəsində dünən -çərşənbə axşamı- 2 saat müddətində “Özəl sektorun bacarıqları və nailiyyətləri” sərgisini ziyarət edib.

İslam İnqilabın Ali Rəhbərinin çıxışının ən mühüm məqamları bunlardır:

- Dünən bir sərgini ziyarət etdim, ölkənin reallığının kiçik bir hissəsini göstərsə də, özəl sektorun xarici təzyiqlərə, sanksiyalara və daha çox sanksiyalar təhdidinə baxmayaraq, məqbul səviyyəyə çata bildiyini sübut edir.

- Bizə mühüm media işi lazımdır. Sizin burada bildirdiyiniz və eşitdiyimiz bu inkişaflardan gənclərimizin və tələbələrimizin xəbəri varmı? “Tərəqqi və arzuların gerçəkləşməsi”ni göstərməkdə az işləmişik. Media işi tələb olunur.

- İstehsal üçün maneələrin aradan qaldırılmasının mühüm nümunəsi 44-cü maddənin siyasətinin həyata keçirilməsidir. Bu siyasətlərə lazımınca əməl olunmadı. 90-cı illərdə ölkənin iqtisadi tənəzzülünün səbəblərindən biri də bu məsələ idi.

- İqtisadiyyatın 8%-lik artımını reallaşdırmaq üçün bir sıra ekspertlər potensial və imkanları müəyyən edib, investisiya planlarını müəyyənləşdirib, problemlərin həlli yollarını hesablayıblar.

- 98-ci (m.2019-cu) ildə, sanksiyaların və ikiqat təhdidlərin ən qızğın vaxtında biz bu görüşü keçirdik ki, ölkədə zəhmət çəkən, ölkənin istehsalını və inkişafını öz zəhməti ilə irəli aparanlara təşəkkür etmək. Onlara dedik: Siz iqtisadi müharibənin ön cəbhəsinin komandirlərisiniz.

- Bu gün bizim müharibəmiz iqtisadi müharibədir və onun ən mühüm hissələrindən biridir. Dedik ki, istehsalın artımı davam etdirilməlidir. Hər il bu görüş keçirildi, gördük ki, təkcə hesabat deyil, özəl sektorun yaradıcılıq qabiliyyətini artırdığını, gücləndiyini öyrəndik.

- Əvvəllər özəl sektoru sahəyə cəlb etməklə bağlı qayğımız var idi. Amma bu gün biz görürük ki, özəl sektor sahəyə daxil olaraq əldə etdiyi təcrübə ilə istehsal və investisiyaları genişləndirmək üçün maraqlı və həvəslidir. Bu sözün mənası odur ki, biz bu 5 ildə irəliləmişik. 

- Dedik ki, müqavimət yaşayır və yaşayacaq. Qəzzə qalib gəldi, müqavimət yaşayacağını göstərdi. Dünyanın gözü qarşısında baş verənlər əfsanə kimidir.

- Həqiqətən, əgər tarixdən oxusaydıq, Amerika kimi nəhəng bir döyüş maşınının sionist rejim kimi qaniçən zalım rejimin köməyinə gələcəyinə şübhə edər və inanmazdıq. Bu rejim o qədər qəddar və amansızdır ki, bir il, bir neçə ay ərzində 15 min uşağı öldürməkdən çəkinmir. Amerika uşaqların evlərini və xəstəxanalarını bombalamaq üçün bu rejimə bunker qıran bombalar verir.

- Bu gün bu hadisə gözümüzün qabağında baş verdi. Amerika bütün imkanlarını sionist rejimə verdi və əgər verməsəydi, (sionist rejim) ilk həftələrdə diz çökəcəkdi. Onlar bir il üç ay ərzində bacardıqları qədər cinayət törətdilər: xəstəxana, məscid, kilsə, ev, bazar, ictimai məkanlar və bütün bu cinayətlər Qəzzə kimi kiçik bir ərazidə baş verdi. Sionist rejimin başçısı məqsədilərinin HƏMAS-ı məhv etmək olduğunu dedi.

- Amma indi həmin qəddar sionist rejim məhv etmək istədiyi HƏMAS-la danışıqlar masasına oturub və atəşkəsin reallaşması üçün onun şərtlərini qəbul edib. Bu o deməkdir ki, müqavimət yaşayır. Harada müqavimət varsa, Allahın yaxşı bəndələrinin qələbəsi mütləqdir.

- O illüziyaçı xəyalpərəst dedi ki, İran zəifləyib; gələcək kimin zəiflədiyini göstərəcək. Səddam da İranın zəiflədiyi illüziya ilə hücuma başladı. Reyqan da İranın zəiflədiyini təsəvvür edərək Səddam rejiminə o yardımları etdi.

- Onlar və onlarla başqa xəyalpərəstlə cəhənnəmə vasil oldular və İslam ölkəsi günü-gündən inkişaf etdi. Sizə deyirəm ki, bu təcrübə Allahın lütfü ilə bu dəfə də təkrarlanacaq.

1 Persons

Sizin rəyiniz

You are replying to: .