Pezeşkiyan vurğulayıb: Biz sizi, digər qonşu ölkələri və xalqları öz qardaşlarımız bilirik. Mən əvvəldən İran daxilində birlik və həmrəylik, region ölkələri ilə isə əməkdaşlıq və qarşılıqlı anlaşma axtarışında olmuşam. Lakin sionist rejim şəhid Həniyyənin terroru ilə bu yolda pozuculuğa və təxribatlara başladı.
O əlavə edib: İran İslam Respublikası məsələləri dialoq və müzakirə yolu ilə həll etmək istədiyi halda, İsrail rejimi mülki insanları hədəfə alan genişmiqyaslı hücumlar və qeyri-hərbi məkanlara qarşı cinayətləri ilə, həm də danışıqlarda pozuculuq edərək bölgəni qeyri-sabitliyə sürükləyir.
İran Prezidenti vurğulayıb: Sionist rejimin bu təcavüzkar siyasətləri davam edərsə, bölgədə nə sülh, nə də təhlükəsizlik bərqərar olacaq.
BƏƏ dövlət başçısı da bu telefon danışığında İran dövləti və xalqı ilə həmrəyliyini ifadə edərək deyib: Qəlbimiz sizinlədir, Allahdan sizi və İran xalqını qoruması üçün dua edirik. O, iki ölkə arasındakı dərin ortaq maraqlara işarə edərək əlavə edib: Gərginlikləri azaltmaq və bölgəyə sabitlik və təhlükəsizlik gətirmək üçün geniş danışıqlara başlamışıq. Ümid edirik ki, bu səylər İranlı qardaşlarımız üçün xeyir və bərəkət gətirəcək.
Sizin rəyiniz