Ölkəmizin Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqai X sosial şəbəkəsindəki şəxsi səhifəsində yazıb: “Xarici İşlər naziri Seyid Abbas Əraqçi vəzifəyə gəldikdən sonra regiondan kənarda ilk rəsmi ikitərəfli görüşü üçün bu gün Pekindədir.”
“Əraqçi çinli həmkarı Vanq Yi ilə geniş ikitərəfli, regional və beynəlxalq məsələlər ətrafında çox faydalı və hərtərəfli müzakirələr aparıb” - deyə, Bəqai əlavə edib.
Mətbuat katibi qeyd edib: “Hərtərəfli strateji tərəfdaşlar kimi İran və Çin ikitərəfli münasibətləri gücləndirmək və iki xalqın mənafelərini təşviq etmək, habelə beynəlxalq səviyyədə qanunun aliliyinə, sülh və təhlükəsizliyə töhfə vermək üçün yaxın ikitərəfli məsləhətləşmələri genişləndirməkdə qərarlıdırlar.”
Sizin rəyiniz