-
Rusiya və Azərbaycanın xarici işlər nazirləri təyyarə qəzasının ətraflı araşdırılmasını tələb ediblər
Tehran - İRNA - Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov və onun azərbaycanlı həmkarı Ceyhun Bayramov telefon danışığında Azərbaycanın sərnişin təyyarəsinin Qazaxıstanın Aktau yaxınlığında qəzaya uğraması ilə bağlı ətraflı araşdırmanın vacibliyini vurğulayıblar.
-
Yəmən sionist rejimin Nəvatim hava bazasına raket zərbəsi endirdi
Tehran - İRNA - Yəmən Silahlı Qüvvələri "Fələstin 2" hipersəs raketi ilə işğal olunmuş Fələstinin cənubundakı Negev bölgəsində yerləşən sionist rejimin Nəvatim hava bazasına raket zərbəsi endirdiyini açıqlayıb.
-
Əraqçi: 2025-ci il İranın nüvə məsələsində mühüm ildir
Tehran - İRNA - Ölkəmizin Xarici İşlər naziri 2025-ci ilin İranın nüvə mövzusu ilə bağlı mühüm il olduğunu açıqlayıb.
-
İkitərəfli müzakirələrin sonunda İran və Çin xarici işlər nazirləri arasında ortaq anlaşmalar
Tehran - İRNA - İran və Çinin xarici işlər nazirləri son illərdə iki tərəfin hərtərəfli strateji tərəfdaşlıq müddəalarının həyata keçirilməsində əldə olunan irəliləyişi müsbət qiymətləndiriblər və iki ölkə başçılarının strateji istiqamətləri sayəsində iki ölkənin hərtərəfli əməkdaşlıq proqramını həyata keçirməyə çalışacaqlarını vurğulayıblar.
-
Putin təyyarə qəzasına görə Azərbaycandan üzr istəyib
Tehran - İRNA - Kreml bildirib ki, bu gün Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə zəng edərək "AZAL" sərnişin təyyarəsinin qəzasını müzakirə edib.
-
Əraqçi: İran 25 illik planı Çinlə əlaqələrin inkişafı üçün möhkəm təməl hesab edir
Tehran - İRNA - Xarici İşlər naziri deyib: “İran İslam Respublikası Çinlə müştərək qarşılıqlı fəaliyyətin çoxsaylı imkanlarından istifadə etmək üçün heç bir səyini əsirgəmir və 25 illik planı müxtəlif sahələrdə əlaqələrin inkişafı üçün möhkəm təməl hesab edir.”
-
Bəqai: İran və Çin beynəlxalq səviyyədə sülh və təhlükəsizliyi genişləndirməkdə qərarlıdır
Tehran - İRNA - Xarici İşlər Nazirliyinin mətbuat katibi deyib: “İran və Çin hərtərəfli strateji tərəfdaşlar olaraq ikitərəfli münasibətləri möhkəmləndirmək və iki xalqın maraqlarını təşviq etmək, habelə beynəlxalq səviyyədə qanunun aliliyinə, sülh və təhlükəsizliyə töhfə vermək üçün sıx ikitərəfli məsləhətləşmələri genişləndirmək əzmindədirlər.”
-
General Səlami: Yəmən xalqı Fələstini layiqincə müdafiə edir - Yəmənlilər qalib gələcək
Tehran - İRNA - İslam İnqilabı Keşikçiləri Korpusunun baş komandanı general-mayor Hüseyn Səlami Yəmən xalqının müqavimətini yüksək qiymətləndirib və deyib: Yəmənlilər Fələstini layiqincə müdafiə edirlər və nəticədə qalib gələcəklər.
-
UNRWA rəhbəri: Qəzzada uşaqlar soyuq hava və şaxtadan ölür
Tehran - İRNA - Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) rəhbəri verdiyi açıqlamada, Qəzzada uşaqların soyuq hava və donvurma səbəbiylə sığınacaq çatışmazlığı səbəbindən həyatını itirdiyini bildirib.
-
Bəqayi: Müvafiq beynəlxalq qurumların İsrail rejiminin cinayəti qarşısında susması onları məsuliyyətə cəlb edir
Tehran - İRNA - Xarici İşlər Nazirliyinin sözçüsü işğalçı qüvvələrin Kamal Ədvan xəstəxanasını zəbt etməsini iyrənc hərbi cinayət və işğal olunmuş Fələstində davam edən soyqırım prosesinin bir hissəsi kimi qiymətləndirib və müvafiq beynəlxalq qurumların bu cinayətlə bağlı susması əsassızdır və onları beynəlxalq məsuliyyətə cəlb etdiyini vurğulayıb.
-
Peskov: Azərbaycan Respublikası təyyarəsinin qəzaya uğramasının səbəbləri ilə bağlı fikir söyləmək düzgün deyil
Tehran - İRNA - Kremlin sözçüsü Dimitri Peskov verdiyi açıqlamada vurğulayıb ki, Azərbaycan Respublikası sərnişin təyyarəsinin vurulmasının əsl səbəbi ilə bağlı təhqiqat aparılmazdan əvvəl hər hansı fərziyyə yanlışdır.
-
HƏMAS rəsmisi: İşğalçı rejim tam atəşkəsi qəbul etməkdən imtina edir
Tehran - İRNA - Fələstin İslami Müqavimət Hərəkatının (HƏMAS) yüksək rütbəli üzvü Usamə Həmdan bəyanat verərək bildirib ki, işğalçı rejim tam atəşkəsi və Qəzza zolağından geri çəkilməyi qəbul etmir.
-
Qəzza müharibəsinin 449-cu günündə sionist rejimin cinayətləri davam edir
Tehran - İRNA - Sionist rejim Qəzzə zolağına qarşı müharibənin 449-cu günündə bu bölgənin sakinlərinə qarşı hücumlarını və qəddar hərəkətlərini davam etdirir.